Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nına uyğun olaraq 2023-cü ilin noyabr-dekabr aylarında Xocalı rayon ümumtəhsil müəssisələrinin psixoloqları, uşaq birliyi rəhbərləri və tərbiyə işləri üzrə direktor müavinlərinin iştirakı ilə uşaq hüquqlarının müdafiəsi üzrə ayrı-ayrı sahələrdə mütəxəssis hazırlığının təmin edilməsi məqsədi ilə təlimlər təşkil edilmişdir. Təşkil edilmiş təlimlərdə uşaqların hüquqlarının müdafiə sisteminin gücləndirilməsi, ölkə üzrə uşaqları müdafiə mexanizminin təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi mövzularında təlim iştirakçıları ətraflı şəkildə məlumatlandırılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.